20 sentyabr 2025 18:00
187

"Formula 1": Bakıdakı sıralama turunda birinci yeri tutan pilot bəlli olub -  YENİLƏNİB-2

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

“İki sahil” xəbər verir ki, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub.

Ən yaxşı nəticəyə "Red Bull"dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq.

"Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ikinci sessiyası başa çatıb.

“İki sahil” xəbər verir ki, hələlik ən yaxşı nəticəni "Red Bull" Maks Ferstappen göstərib.

15-ci pillədəki Oliver Berman ("Haas"), 14-cü Lens Stroll ("Aston Martin"), 13-cü Qabriel Bortoleto ("Kik-Zauber"), 12-ci Lyuis Hemilyon və 11-ci Fernando Alonso ("Aston Martin") üçüncü - sonuncu sessiyada iştirak etməyəcək.

***

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb.

“İki sahil” xəbər verir ki, yarışda 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə L.Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hemilton birinci olublar.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.