20 sentyabr 2025 16:50
128

Formula 1 ilə tərəfdaşlığıın uzadılması Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirir

Formula 1 ilə tərəfdaşlığımızın uzadılması Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan Qran-Prisi artıq dünya çempionatının ən çox gözlənilən yarışlarından birinə çevrilib və eyni zamanda, paytaxtımızın gözəlliyini, qonaqpərvərliyini və enerjisini bütün dünyaya nümayiş etdirir. Bu əməkdaşlıq ölkəmizin gələcək nəsillərə idman sevgisi aşılamaq və böyük tədbirlərə ev sahibliyi etmək istiqamətində atdığı mühüm addımdır.

“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali isə deyib: “Bakı şəhərinin enerjisi inanılmazdır və 2016-cı ildə ilk Qran-Primizdən bəri Formula 1 burada daim Azərbaycan xalqı tərəfindən isti və səmimi şəkildə qarşılanıb. Bu trek texniki döngələri və Xəzərsahili ilə qədim şəhərdən keçən uzun düzlükləri ilə hər dəfə rəngarəng və maraqlı yarış təqdim edir. Müqavilənin uzadılması Formula 1, Azərbaycan hökuməti və promouter arasındakı güclü etimadı və əməkdaşlığı əks etdirir və ölkədə idmanın gələcəyi üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevə və nazir Qayıbova tədbirin inkişafına göstərdikləri davamlı dəstəyə görə təşəkkürümü bildirirəm. Anar Ələkbərova və Azərbaycan Avtomobil Federasiyasına ölkədə Formula 1-in inkişafına verdikləri töhfəyə, eləcə də Bakı Şəhər Halqası komandasına azarkeşlər, pilotlar və komandalar üçün ilboyu göstərdikləri əvəzsiz zəhmətə görə minnətdaram.”