20 sentyabr 2025 18:37
107

Məsud Pezeşkian: İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək

İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək.

“İki sahil” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı qəbul edilmiş sanksiyanıən bərpası ilə bağlı qərarla bağlı danışarkən bildirib.

"Qərb İranı dayandıra bilməz; onlar Nətənzdə bizə zərbə vururlar, ancaq bilmirlər ki, məhz bu insanlar Nətənzi qurur və daha da yaxşısını tikəcəklər",- o vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il iyunun 22-də bildirdi ki, ölkəsinin Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Donanması İrandakı bir çox nüvə obyektlərinə, o cümlədən Fordo uran zənginləşdirmə müəssisəsi, Nətənz nüvə obyekti və İsfahandakı qeyri-müəyyən ərazini bombalayıb. Bu hücumda "Northrop B-2 Spirit" gizli bombardmançılarının daşıdığı onlarla 30 min funtluq "GBU-57A/B MOP" bombalarından, həmçinin sualtı qayıqlardan atılan "Tomahawk"lardan istifadə edib.

Qeyd edək ki, sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların yenidən tətbiqinə dair qətnamə qəbul olunub. ABŞ daxil olmaqla altı ölkə sənədin lehinə, Çin, Rusiya və Pakistan isə əleyhinə səs verib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli telekanallardan birinə müsahibəsində söyləyib ki, İran AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə Misirin paytaxtı Qahirədə əldə etdiyi razılaşmanı BMT sanksiyaları qüvvəyə minəndən sonra etibarsız sayacaq.

BMT Təhlükəsizlk Şurasının qəbul etdiyi qətnamə isə sentyabrın 27-dən sonra qüvvəyə minə bilər. Bu hadisənin baş verməməsi üçün İslam Respublikası Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya, Fransa) irəli sürdüyü üç şərti (ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirdiyi uranın saxlanıldığı yer barədə məlumat vermək) qəbul etməlidir.