20 sentyabr 2025 19:15
93

Bloomberg: Aİ Rusiya neftinin "Drujba" kəməri ilə tədarükünü məhdudlaşdırmaq istəyir

Avropa İttifaqı Rusiyadan Macarıstan və Slovakiyaya "Drujba" boru kəməri ilə yanacağın tədarükünə ticarət məhdudiyyətləri tətbiq etməyi düşünür.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bu planlar Aİ-nin yeni 19-cu anti-Rusiya məhdudiyyətləri paketi ilə əlaqəli deyil. Belə ki, məhdudiyyət Avropa Komissiyasının kölgə donanmasının bir hissəsi kimi təsnif etdiyi Rusiyanın LNG və neft tankerlərinə təsir edəcək.

Agentlik qeyd edib ki, bütün Aİ ölkələrinin dəstəyini tələb edən sanksiyalardan fərqli olaraq, tariflər kimi ticarət tədbirləri yalnız dövlətlərin əksəriyyətinin dəstəyini tələb edir.

Bu yolla Aİ Budapeşt və Bratislavanın etirazına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Rusiya enerji təchizatından imtina tələbini yerinə yetirməyə ümid edir.