Paytaxtın Xətai rayonunda ümumi sahəsi 120 m² olan 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperaturdan 6-cı mərtəbədə mənzilin eyvanında 1 ədəd pəncərə çərçivəsi və kondisionerin mühərrik hissəsi əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.