21 sentyabr 2025 00:27
104

Aİ Avropa hava limanlarının fəaliyyətinin dayandırılmasının səbəblərini araşdırır

Avropa İttifaqı hazırda Avropa hava limanlarına genişmiqyaslı və ya ciddi hücum əlaməti görmür.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasının sözçüsünə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisənin səbəbi hələ də bəlli deyil və araşdırmalar davam edir.

Bundan əvvəl Brüssel Hava Limanı sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla bir sıra Avropa hava limanlarına təsir edən kiberhücumun baş verdiyini bildirib.