21 sentyabr 2025 16:48
111

Formula 1: Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə əsas yarış başa çatıb.

“İki sahil” xəbər verir ki, “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Qran-Prinin qalibi olub.

Mübarizəni “Mercedes”in üzvü britaniyalı Corc Rassell ikinci, “Williams”dan ispaniyalı Karlos Sayns üçüncü sırada tamamlayıb.

Yarışa elə Maks Ferstappen “Pole” mövqeyindən başlayıb. O, sıralama turunda ən yaxşı nəticəni göstərib.

“Williams”in üzvü ispaniyalı Karlos Sayns ikinci, “Racing Bulls”dan yeni zelandiyalı Liam Louson üçüncü olub.

İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.