Sudanda 24 milyon 600 min insan kəskin qida təhlükəsizliyi böhranı ilə üzləşib, 19 milyon insan isə içməli su və kanalizasiya xidmətlərindən məhrumdur. Eyni zamanda, xolera epidemiyasının yayılması daha çox ölümə səbəb olacaq.
“İki sahil” “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, bu sözləri BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib.
“Etnik ayrı-seçkilik və zorakılığa çağırışlar uzunmüddətli sosial sabitliyi təhdid edir”, - deyə vurğulayıb.
V.Türk qeyd edib ki, Sudan “unudulmuş münaqişə” ilə üzləşib. Burada vətəndaşlara qarşı ciddi zorakılıqlar törədilir.