22 sentyabr 2025 17:18
131

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları turizm sektoruna da təsir edəcək

Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə ilk dəfə olaraq turizmlə bağlı məhdudiyyətlər daxil ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “EUObserver” Avropa Komissiyasının təkliflərinə istinadla məlumat yayıb.

“Rusiyada birbaşa turizmlə bağlı xidmətlərin göstərilməsi qadağan olunacaq”, - nəşr AK sənədindən sitat gətirib. Mətndə konkret hansı xidmətlərin qadağan olunacağı göstərilmir.

Krımda turizmə qarşı oxşar tədbirlər 2014-cü ildən həyata keçirilir.

EUObserver-in məlumatına görə, Avropa İttifaqı artıq 2024-cü ildə ruslara 552 min Şengen turist vizası verib. Bu, 2023-cü illə müqayisədə 10% artım deməkdir.