22 sentyabr 2025 17:30
115

Bu ölkə "İvan Vasilyeviç peşəsini dəyişir" filmini qadağan etdi

Moldovada rejissor Leonid Qaydayın “İvan Vasilyeviç peşəsini dəyişir” komediyasına qadağa qoyulub.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Moldova Audiovizual Xidmətlər Məcəlləsinin 17-ci maddəsinin 4-cü hissəsinin “a” bəndinə uyğun olaraq, Qaydayın “İvan Vasilyeviç peşəsini dəyişir” komediyasının ölkədə yayımı qadağan edilib”, - deyə, məlumatda qeyd edilir.

Qadağaya səbəb filmin iddia edilən militarist konteksti və siyasi məzmunu olub.