23 sentyabr 2025 09:11
89

Babəkdə şəhid ailələrinin sağlamlığına xüsusi diqqət göstərilir

Səhiyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhid ailələrinin sağlamlıq qayğısına xüsusi diqqət göstərilib.

“İki sahil” xəbər verir ki, bu məqsədlə Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası 10–20 sentyabr 2025-ci il tarixlərində şəhid ailələrinə ev ziyarətləri həyata keçirib. Terapevt, pediatr, kardioloq, nevropatoloq, cərrah, LOR, stomatoloq və digər ixtisas həkimlərindən ibarət tibbi heyət ailə üzvlərinin sağlamlıq vəziyyətini qiymətləndirib, müayinələr aparıb, laborator analizlər götürüb, təzyiqləri ölçüb.

Müayinələr nəticəsində əlavə tibbi yardıma ehtiyacı olan şəxslər Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət edilərək genişləndirilmiş müayinələrə cəlb olunublar.

Ümumilikdə 9 şəhid ailəsi ziyarət edilib, onların sağlamlıq durumuna diqqət və qayğı göstərilib.