Artıq ikinci ildir ki, 20 sentyabr tarixi ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü olaraq qeyd edilir. 2024-cü il sebtyabrın 18-də Prezident İlham Əliyev bununla əlaqədar Sərnacam imzalamışdır.
Bu gün Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyət göstərir, bərpa-qruculuq işləri həyata keçirilir. Xankəndi şəhəri həmçinin siyasi tədbirlərin keçirilidyi bir məkana çevrilib.
Xocalı, Xocavənd və Ağdərədə də bərpa-quruculuq işləri sürətlə davam etdirilir, bu rayonlardan olan keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ölkə başçısı hər bir obyektin təməlqoyma və açılış mərasimlərində iştirak edir, doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşlər keçirir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hər bir layihə Azərbaycan dövlətinin gücündən xəbər verir. Bu işlər bir daha təsdiq edir ki, insanlarımız öz doğma torpaqlarına bağlıdırlar və 30 ildən çox həsrətini çəkdikləri yurd-yuvalarına daha tez qovuşmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın birinci mərhələsi uğurla həyata keçirilir. Vətən həsrəti çəkən soydaşlarımızın öz doğma torpaqlarında yaşamaları, işləmələri üçün hər bir şərait yaradılır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur gülüstana çevrilir. Qalib Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər suveren Azərbaycanda qürurla yaşayır, əlamətdar tarixi günləri böyük sevinclə qeyd edir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri