25 sentyabr 2025 10:22
103

Şri-Lankada kanatın qırılması nəticəsində yeddi buddist rahib ölüb

Şri-Lankada kanat yolunun kabinəsinin qoparaq yerə düşməsi nəticəsində yeddi buddist rahib həlak olub, altı nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

Ölənlərdən üçü Rusiya, Rumıniya və Hindistan vətəndaşlarıdır.

İki sərnişin yüngül, dörd sərnişin isə ağır xəsarətlər alıb.

Polisin məlumatına görə, bədbəxt hadisə saat 21:00 radələrində 13 rahibin dini ayinlərdən sonra monastıra qayıtdığı zaman baş verib.

Hadisənin ilkin səbəbi kimi vaqonu saxlayan trosun qırılması göstərilir.