25 sentyabr 2025 10:49
101

Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək

Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-na təyin edilib.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə respublikanın qanunverici orqanının spikeri Nurlanbek uulu Turqunbek bildirib.

"Qanunla növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçirilməlidir", - deyə, o, qeyd edib.

Sentyabrın 25-də Qırğızıstan parlamentinin üzvləri qanunvericilik məclisinin buraxılmasına səs veriblər.

Qırğızıstan deputatı Ulan Primovun izah etdiyi kimi, parlamentin buraxılması təşəbbüsü respublikada prezident və parlament seçkiləri arasında vaxt fərqinin az olması ilə bağlıdır.