Energetika Nazirliyində 27 Sentyabr - Anım Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz liderlik əzmi və dəmir iradəsi sayəsində qəhrəman oğullarımızın uzunillik münaqişəni bənzərsiz sonluqla başa çatdıran şücaətindən danışıb. Mürəkkəb geosiyasi mühitdə əldə etdiyi parlaq Zəfərə və həyata keçirdiyi nəhəng post-münaqişə quruculuğuna görə Azərbaycanın dünyaya örnək olduğu qeyd edilib. Qarabağ Zəfərinin regionda qalıcı sülh, inkişaf və sabitliyə qapı açdığı, Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq modeli, “Yaşıl Enerji Zonası” Konsepsiyası əsasında bərpa edildiyi, Böyük Qayıdışın uğurla həyata keçirildiyi bildirilib.
Nazirliyin əməkdaşı Rəna Əzimzadə Azərbaycan qadınının sarsılmaz iradəsi və fədakarlığından, Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü Seymur Əzəmmədov Anım Gününün birlik günü kimi də dəyərləndirilməsindən, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Cavad Əhmədli isə öz döyüş yolu, əsgərlərimizin qəhrəmanlığı və şəhid yoldaşlarının əziz xatirəsini yaşatmağın verdiyi qürurdan bəhs edib.
Sonda Anım Gününə həsr olunmuş qısa videoçarx nümayiş olunub.