26 sentyabr 2025 20:07
118

Qəzada ən azı 20 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa vilayətində işçiləri daşıyan mikroavtobus aşıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.