Moldovanın keçmiş prezidenti İqor Dodonun fikrincə, Moldovanın gələcək baş naziri ilk xarici səfərini Moskvaya etməlidir. O hesab edir ki, bu, Rusiya ilə əməkdaşlığı bərpa etmək üçün lazımdır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dodon əlavə edib ki, nümayəndə heyətinə Moldovanın kənd təsərrüfatı, iqtisadiyyat, energetika və nəqliyyat nazirləri daxil olmalıdır. O hesab edir ki, iki ölkə arasında münasibətlər indi tarixin ən aşağı nöqtəsinə çatıb.