28 sentyabr 2025 10:24
124

Kökçünün qələbə həsrətinə son qoyuldu

Futbol üzrə Niderland çempionatında 7-ci  turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" doğma meydanda "Zvolle"ni qəbul edib. Bu, "Volendam"ın mövsümdə ilk qələbəsi olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü matçın 73-cü dəqiqəsində, hesab 2:1 olanda meydana daxil olub.

“Volendam” bu nəticədən sonra 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.