Bu gün Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz" "Kəpəz" ilə üz-üzə gəlib.
“İki sahil”in məlumatına görə, yarışın 32-ci dəqiqəsində Aleks Souza hesabı açıb. 35-ci dəqiqədə isə Joarlem Santos tovuzluların üstünlüyünü iki topa yüksəldib. 46-cı dəqiqədə isə Filip Ozobiç topu "Kəpəz"in qapısından keçirib - 3-0.
Misli Premyer Liqası,
6-cı tur
28 sentyabr
16:30. "Turan Tovuz" 3–0 "Kəpəz"
Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35, Filip Ozobiç, 46
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
"Azersun Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”