29 sentyabr 2025 09:09
155

Moldovanın Brüsseldəki səfirliyində bomba həyəcanı

Brüsseldə parlament seçkilərində səsvermə keçirilən Moldova səfirliyinin binası bomba xəbərdarlığından sonra bina boşaldılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti iki rəsmiyə istinadən məlumat yayıb.

"Bazar günü seçicilər və rəsmilər Brüsselin mərkəzində yerləşən Moldova səfirliyindən binaya bomba qoyulması barədə alınan və sonradan əsassız olduğu üzə çıxan xəbərdarlıqdan sonra tez bir zamanda təxliyə edilib", - qəzet yazıb.

Qəzetin mənbələrinə görə, polis bombanın qoyulduğuna dair heç bir əlamət aşkar etməyib. Qeyd olunub ki, hakimiyyət orqanlarının icazəsindən sonra səsvermə bərpa olunub.