Nepalın hakim Qauri Bahadur Karkinin rəhbərlik etdiyi təhqiqat komissiyası keçmiş baş nazir Oli Şarmanın xaricə getməsinə müvəqqəti qadağa qoyub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qadağa ölkədə nümayişçilərin ölüm hallarının araşdırılması çərçivəsində keçmiş hökumətin daha dörd üzvünə də şamil edilir.
Keçmiş daxili işlər naziri Ramesh Lekhak və Milli Kəşfiyyat İdarəsinin rəisi Khute Rac Thapa və başqalarının da ölkədən çıxışına qadağa qoyulub.