30 sentyabr 2025 16:48
102

Çexiya Rusiya diplomatlarının akkreditasiyası olmadan ölkəyə girişini qadağan edib

Çexiya akkreditasiyası olmayan xarici diplomatların ölkəyə girişini qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, qadağa xüsusilə Rusiyadan olan diplomatlara aiddir. Məhdudiyyətlər beynəlxalq hava limanlarına şamil edilir.

Yan Lipavski qeyd edib ki, bu qadağa ilə Çexiya digər ölkələrə “nümunə” göstərir. Praqa, Şengen zonasl da daxil olmaqla, rus siyasətçilərinə qarşı ən sərt tədbirlərin görülməsinə davam edəcək.