Çexiyada akkreditasiya olunmayan Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişi qadağan ediləcək.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Yan Lipavski məlumat verib.
Onun sözlərinə görə, bu qərar hökumət tərəfindən sentyabrın 30-da qəbul edilib.
"Bu tədbir beynəlxalq hava limanlarına şamil edilir. Biz digər ölkələrə nümunə göstəririk və mən bütün Şengen zonası səviyyəsində ən ardıcıl tədbirlərin qəbul edilməsinə nail olmağa davam edəcəyəm", - Y.Lipavski bildirib.