01 oktyabr 2025 00:36
181

“ChatGPT”də yenilik

"OpenAI" şirkəti "ChatGPT" platformasının masaüstü və mobil versiyalarına valideyn nəzarəti funksiyasını əlavə edib.

“İki sahil” xəbər verir ki, yeni sistem valideynlərə yeniyetmələrin həssas məzmuna çıxışını məhdudlaşdırmağa və söhbət tarixçəsinin yadda saxlanması funksiyasını idarə etməyə imkan verir.

Bununla belə, valideynlər yeniyetmənin keçmiş söhbətlərinə birbaşa baxış imkanı əldə etməyəcəklər.