01 oktyabr 2025 09:08
162

"Qarabağ" "Kopenhagen"ə qarşı

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Oyun saat 20:45-də başlayacaq. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər. 

“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

1 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu