"Harvard Universiteti və administrasiyamız razılığa gəliblər ki, ali məktəb təqribən 500 milyon dollar ödəyəcək və insanlara peşə məktəblərində süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətmək üzrə proqramlarla məşğul olacaq".
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
Qeyd edək ki, Tramp aprelin 15-də Harvard Universitetinə siyasi təşkilat kimi yanaşmağı və onun vergidən azad statusunu ləğv etməyi təklif etmişdi.
ABŞ Təhsil Nazirliyi universitetə verilən 2.2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan etmişdi.