Əli Kərimlinin və qruplaşmasındakıların bəhbəhlə təqdim etdiyi müsahibə, daha doğrusu kompromat mətninə diqqət yetirdikdə bir çox məqamlar ortaya çıxır. O məqamlar ki, Əli Kərimli 4 dəqiqəlik bu müsahibəsində özü-özünü bir neçə dəfə ifşa edib.
Belə ki, yazıda heç şübhəsiz ki, Əli Kərimlinin özünün məlumatı əsasında qeyd olunur ki, guya onun internetə çıxışı bloklanıb. Lakin elə ilk suala cavabında Əli Kərimli bildirir ki, fikirlərini insanlara sosial şəbəkələr vasitəsilə çatdırır. Bir-birinə zidd olan bu fikirlər cəmi 8-9 cümlənin tamamaında ortaya çıxır. Sual yaranır, Əli Kərimlinin internetə çıxışı bloklanıbsa bəs o, sosial şəbəkələrdən necə istifadə edir? Olmaya onun sosial şəbəkə hesabları daş kömürlə, kerosinlə, dizellə işləyir? Gülünc durum deyilmi?!
Əli Kərimli müsahibəsində həmçinin deyir ki, Türkiyə ilə ittifaq dərinləşdirilməlidir. Daha bir yersiz fikir. Özünü siyasətçi hesab edən Əli Kərimli bəyəm bilmir ki, Azərbaycanla Türkiyə ən yaxın müttəfiqlərdir? Yoxsa, Şuşa Bəyannaməsinin imzalandığını unudub?
Müsahibəsində Əli Kərimli heç özü bilmədən də Prezident İlham Əliyevin mahir siyasətçi və diplomat olduğunu təsdiqləyir. Çünki ədaləti nə qədər dansan da mütləq o özünü biruzə verir. Siyasətini şər-böhtan üzərində quran Əli Kərimli anlamaq istəmir ki, o bu kimi əməlləri ilə xalqın gözündən çoxdan düşüb.
Əli Kərimli müsahibəsində özünü Rusiya əleyhinə fikirlərin sahibi kimi təqdim etsə də “Le Monde”də dərc olunmaq üçün bu yazını Fransaya “çerez Rusiya” göndərib. Müsahibəni verdiyi jurnalist Emmanuel Grynszpan məhz Rusiyada yaşayır və Azərbaycan əleyhinə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdirilməsinə istiqamətləndirilmiş bir sıra yazıların müəllifidir. Görünən odur ki, anti-Azərbaycan dairələr və erməni lobbisi ölkəmizə qarşı çirkin, qarayaxma kampaniyalarını davam etdirirlər. Onlar üçün əslində fəqri yoxdur, Əli, Vəli, Pirvəli! Əli Kərimli də sevinir ki, bunu Fransada “raskrutka” edirlər. Daha düşünmür ki, bir alətdir, sapını verib özgə əllərə.
P.S. Şəkildəki Əli Kəriminin müsahibə verdiyi Emmanuel Grynszpandır. Adam jurnalistdən daha çox avaranı xatırladır.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi