Cəban Prezident qeyd etdi ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir: “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır”.
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açıldığını bəyan edən Prezident İlham Əliyev Azərbaycanın bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqində sadiqliyini ifadə edib.
BMT tribunasında Azərbaycanın mövqeyini açıq aydın ifadə olunması və ölkəmizin region və ABŞ üçün mühüm tərəfdaş olduğunu bir daha sübut etdi. Bütün bunlar isə yürüdülən uğurlu siyasətin məntiqi nəticəsidir.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolu günbəgün artır - TƏHLİL