02 oktyabr 2025 18:46
151

YAP Bərdə rayon təşkilatı şəhidlərin xatirəsini ehtiramla yad edib

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi "Konstitusiya və Suverenlik İli" çərçivəsində Beynəlxalq Müəllim Günü münasibətilə mülki şəhidlərin kompleksi önünə tər qərənfillər düzərək bütün şəhidlərin və sıralarında şəhid müəllim Fuad İsmayılovun da yer aldıgı şəhid müəllimlərin xatirəsini ehtiramla yad ediblər. Bu mərasimdə mülki şəhid Fuad İsmayılovun qardaşı, Zümürxan kənd tam orta məktəbin müəllimi Murad İsmayılov da iştirak edib.
 Onunla söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, mənfur düşmən Ermənistan hər zaman beynəlxalq hüquq və normalara zidd olsa da amansız terroru ilə dinc əhalini hədəf almaqdan çəkinmədi. Bütün şəhidlərin, həmçinin Ermənistanın Bərdəyə atdığı Smerc tipli raket-bomba nəticəsində həlak olan günahsız insanların xatirəsini xalqımız daim əziz tutur. Bərdədəki  terror qurbanlarından biri də  Bərdə şəhər 1 saylı tam orta məktəbin müəllimi işləmiş şəhid  Fuad İsmayılov bütün şəhidlərimiz kimi hər zaman, həm də müəllim olduğu üçün Beynəlxalq Müəllim Günü münasibətilə daim xatırlanır.

Sədr bildirib ki, Vətən müharibəsi zamanı xalqımiz Müzəffər Liderimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi necə birləşmişdisə, şəhid ailələrinə diqqət və qayğıya görə də daim ölkə Prezidenti ilə birlikdədir. 

Söhbət zamanı Murad İsmayılov bütün şəhid ailələri adından diqqət və qayğıya görə dövlətimizin başçısına və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək böyük Zəfərin onların agir yaralarına təsəlli olduğunu bildirib. 

YAP Bərdə rayon təşkilatı şəhid müəllim Fuad İsmayılovun ailəsinin problem və çətinliklər ilə maraqlanıb, dəstək olmağa çalışıb.
Sonda Bərdə terror qurbanlarının xatirəsinə salınmış kompleksin önündə şəkil çəkdirilib.