Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatana qədər Xətai rayonunun Cavanşir küçəsindəki daşıyıcı qaz xəttində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Sadıqcan, 8 Noyabr, Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO