03 oktyabr 2025 10:00
133

III MDB Oyunları: Bu gün kamandan oxatma yarışlarında Azərbaycanın beş idmançısı mübarizə aparır

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

“İki sahil” xəbər verir ki, kamandan oxatma yarışlarının ikinci gününə 1/8 final mərhələsində ilk olaraq oğlan idmançılar mübarizəyə qoşulublar.

Rusiya təmsilçisi Ali Lobashev və Azərbaycanı təmsil edən Sərdar Vəliyev 5-ci hədəfdə qüvvələrini sınayır. Digər qarşılaşma isə Azərbaycanlı oxçu Nurlan Rəhimli və Qırğızıstan idmançısı Lutfullakh Altybaev arasında 7-ci hədəfdə davam edir.

Oğlanların 1/8 final mərhələsi yekunlaşdıqdan sona qız idmançılar mübarizə aparacaq . Azərbaycan təmsilçisi Nilufər Ağaməmmədli 4-cü hədəfdə rusiyalı Mariia Taraiarova ilə qarşılaşacaq. 5-ci hədəfdə isə rusiyalı Aleksandra Tsydenova və Azərbaycanlı Sümeyyə Bədəlli mübarizə aparacaq. 6-cı hədəfdə isə özbək idmançısı Bibihojar Yuldosheva ilə Azərbaycan təmsilçisi Fatimə Hüseynli qarşılaşacaq.