04 oktyabr 2025 16:06
123

MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb

Rusiyanın 16 yaşadək futbolçulardan millisi III MDB Oyunlarının qalibi olub.

“İki sahil” xəbər verir ki, Valentin Qavvanın baş məşqçisi olduğu yığma finalda Azərbaycan millisi ilə qarşılaşıb.

Görüş Rusiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər.

Bu nəticədən sonra Rusiya turnirin qızıl, Azərbaycan isə gümüş medallarına sahib çıxıb.