05 oktyabr 2025 12:54
117

Bərdədə pendir sexində partlayış olub, ölən var

Bərdədə pendir sexində partlayış baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə sexin qazanxanasında qeydə alınıb.

Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.

Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.