05 oktyabr 2025 17:42
106

Azərbaycan parabadmintonçuları Avropa çempionatını 2 medalla başa vurublar

Azərbaycan parabadmintonçuları İstanbulda keçirilən Avropa çempionatını 2 gümüş medalla başa vurublar.

“İki sahil” xəbər verir ki, 14 yaşlı Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Kristen Kumbs ilə bu gün final görüşünə çıxıb.

Onlar ingiltərəli rəqiblərinə 0:2 məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.

20 yaşlı parabadmintonçu İbrahim Əliyev də kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiey Mroz ilə bu gün final görüşünə çıxıb. Onlar fransalı rəqiblərinə 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.

Qeyd edək ki, milli komandamız 8 parabadmintonçu ilə ilk dəfə qitə çempionatında təmsil olunub.