07 oktyabr 2025 10:07
101

ÇL: "Sabah" əsas mərhələdə ilk oyununu bu gün keçirəcək

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu bu gün keçirəcək.

“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada "Nimburk"un qonağı olacaq.

B qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.