07 oktyabr 2025 11:01
97

"Real Sosyedad" baş məşqçisinə üç oyunluq vaxt verib

İspaniyanın "Real Sosyedad" klubu baş məşqçisi Serxio Fransiskoya üç oyunluq vaxt verib.

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, həmin matçlar 46 yaşlı mütəxəssisin komandada taleyi baxımından həlledici olacaq.

La Liqa təmsilçisi qarşıdakı üç qarşılaşmada zəif nəticə göstərsə, Fransisko istefaya göndəriləcək.

Qeyd edək ki, Serxio Fransisko iyulda bu posta təyin olunub. "Real Sosyedad" 8 matçdan sonra 5 xalla La Liqada 19-cu pillədə qərarlaşıb.