YAP Ağdaş rayon təşkilatı Ağdaş Suvarma Sistemləri ərazi partiya təşkilatında Konstitusiya və Suverenlik ili çərçivəsində partiya fəalları ilə görüş keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqeyindən bəhs edib. Təşkilat sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideya və arzularını hər zaman əsas tutaraq öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurur. Partiyamızın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizi qalib dövlətə çevirib. Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan ölkədir.
Partiya fəallarından Sehran Mahmudov, Rəşid Gözəlov, Nofər Məmmədov və Cəmilə Gözəlova çıxışlarında ölkəmizin Vətən müharibəsindən sonra yeni bir mərhələyə qədəm qoyduğunu, dünya dövlətləri arasında nüfuzunun artdığını qeyd ediblər. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli tikinti-quruculuq işlərinin Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olduğunu vurğulaybılar. Çıxışçılar bildiriblər ki, əldə edilən hər bir uğur Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsdir.