İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi çərçivəsində Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmirinin yekunlaşdırılması, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisi, “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin yekunlaşdırılması işlərinə baxış keçiriblər.
“İki sahil” xəbər verir ki, səfərdə İİTKM-lə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti , Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC, Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri də iştirak ediblər.
Bununla da paytaxtda və regionlarda nəqliyyat-tranzit layihələrinin monitorinqi ilə bağlı növbəti səfər yekunlaşıb. Səfər çərçivəsində “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” üzrə həyata keçirilən layihələrə yerində baxış keçirilib, müvafiq qeydlər götürülüb, aidiyyəti qurumlara tövsiyələr verilib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub