Cari ilin yanvar–sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 218 milyon 354,8 min manat məbləğində vəsait geri qaytarılıb.
Maliyyə Nazirliyindən "İki sahil"ə bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir. Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub