Keçirdiyimiz görüşdə Azərbaycan-Xorvatiya əlaqələrinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını təsdiqlədik. Ötən 30 ildə əməkdaşlıq müxtəlif sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən brifinqdə söyləyib.
O bildirib ki, siyasi dialoq, ali səviyyəli səfərlər və Davos İqtisadi Forumu çərçivəsində görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün vacib olub. Ticarət, enerji və minatəmizləmə sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB