Rusiya 2026-cı ildə Xəzər dənizi akvatoriyasında birgə təlimlər keçirməyi təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev Sankt-Peterburqda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dəniz qüvvələri komandanlarının danışıqları zamanı bildirib.
"Rusiya tərəfi görüş iştirakçılarına 2026-cı ildə Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyin və dəniz iqtisadi fəaliyyəti obyektlərinin təhlükəsizliyini təmin etmək məsələlərinin hazırlanmasına yönəlmiş çoxtərəfli hərbi-dəniz təliminin keçirilməsini təklif edib. Bu təlim çərçivəsində, həmçinin Xəzər dənizi akvatoriyasında axtarış-xilasetmə tədbirlərinin keçirilməsi zamanı qarşılıqlı fəaliyyətin hazırlanması planlaşdırılır", - məlumatda deyilir.