10 oktyabr 2025 17:10
125

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir - FOTO

Oktyabrın 9-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, BSU-nun 2023-cü ildən etibarən fəal tərəfdaşı olan “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova və Həzi Eynalov ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş zamanı inklüziv və xüsusi təhsil proqramlarının birgə inkişafı, tədris proqramlarının təkmilləşdirilməsi, Autizm Mərkəzinin əməkdaşlarının təhsil prosesinə cəlb olunması, həmçinin müdafiə mövzularının mərkəzin praktik fəaliyyət istiqamətlərindən seçilməsi müzakirə edilib.

Eyni zamanda beynəlxalq ekspertlərin  təhsil və tədqiqat prosesinə cəlb olunması, birgə layihə müraciətlərinin həyata keçirilməsi, Beynəlxalq İnklüziv Məşğulluq Konfransında əməkdaşlıq, eləcə də 2025–2026-cı tədris ili üçün Birgə Fəaliyyət Planının hazırlanması ilə bağlı qərarlar qəbul olunub.

Yaxın zamanda müvafiq məsələlərlə bağlı beynəlxalq tərəfdaşlarla görüşlərin təşkili də nəzərdə tutulur.