Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, 1985-ci il təvəllüdlü S.Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.
Cinayətin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.