11 oktyabr 2025 18:36
253

Azərbaycan Ordusunda atletika yarışları keçirilib

2025-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib. 

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən yarışlarda 9 komanda müxtəlif məsafələrə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də estafet yarışlarında mübarizə aparıb.

Yarışlarda hərbi qulluqçuların topladıqları xallara uyğun olaraq hakimlər tərəfindən fərdi və komandalar üzrə qaliblər müəyyən edilib. 

Qalib komandaya və fərdi nəticələrə görə ilk üç yeri tutan hərbi qulluqçulara kubok, fəxri fərman və medallar təqdim olunub.
Sonda yarış iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.