11 oktyabr 2025 22:55
176

Seçmə komandamız İsrailə məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.

“İki sahil” xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 5:1.

Qeyd edək ki, U-17 ilk matçında Fransaya səkkiz cavabsız qolla uduzub.