Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin "Facebook" hesabında paylaşım edilib.
"Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olublar.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib