Azərbaycanda hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətində deyib.
O bildirib ki, insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür.
"Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir", - dövlət başçısı vurğulayıb.
Sənan Hacıyev: Azərbaycanda məhkəmə sahəsindəki islahatları beynəlxalq hakimlər yüksək qiymətləndirir
Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti: Düzgün ədalət mühakiməsi diqqətdən kənarda qalmamalıdır
Azərbaycan Prezidenti: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır
Prezident İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir
Ədliyyə naziri: Azərbaycanda qanunvericilik, icra məhkəmə orqanları arasında əməkdaşlıq var
İnam Kərimov: Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur