Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunu göstərir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Hakimləri İttifaqının sədri müavini Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda məhkəmə sahəsində son iki ildə aparılan islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir:
"Ötən il Keyptaunda böyük mübarizə sayəsində, bir çox dövlətlərin etirazına baxmayaraq, gizli səsvermə yolu ilə bu tədbiri Azərbaycanda keçirmək hüququ əldə etdik. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən islahatların, reallıqları, mədəniyyətimizin dünyada tərənnüm olması baxımından çox önəmlidir".
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib