12 oktyabr 2025 22:07
125

Polşada avtoyarış zamanı faciə: Pilot həlak oldu

Polşada avtoralli zamanı faciə baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə hadisənin yaşandığı Nısa şəhərinin yerli polis idarəsi sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, yarış bazar günü, oktyabrın 12-də baş tutub.

Rallinin Starı Las xüsusi mərhələsində BMW markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və alovlanıb. Ətrafdakıların yardım göstərmək cəhdlərinə baxmayaraq, 40 yaşlı pilot hadisə yerində ölüb. Onun köməkçisi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Təşkilatçılar rallinin ləğv edildiyini elan edərək, qərarın zərərçəkənlərə və onların ailələrinə hörmət əlaməti olaraq verildiyini vurğulayıblar.

Həlak olan sürücü Nısa şəhərinin yerli sakini və iki uşaq atası olub.

Polis və prokurorluq qəzanın hansı şəraitdə baş verdiyini araşdırırlar.