Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin sülh yolu ilə həlli planını tam dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antoniu Koşta "X" hesabında yazıb.
O vurğulayıb ki, dövlət başçılarının bugünkü sammitdə sülh yolu ilə həllə bağlı verəcəkləri kollektiv vədlər İsrail və Fələstini iki dövlətli həllə əsaslanan davamlı sülhə bir addım yaxınlaşdıracaq.
"Aİ Tramp planının prinsiplərini tam dəstəkləyir və növbəti addımlara - Qəzzanın təhlükəsizliyinə, bərpasına və keçid idarəçiliyinə töhfə verməyə hazırdır. Şərait imkan verən kimi, biz humanitar yardımımızı genişləndirəcəyik", - A.Koşta bildirib.